"Şkafı açanda artıq Tünzalənin qoxusu gəlmir"
    • 20-11-2023, 13:46
    • 433

"Şkafı açanda artıq Tünzalənin qoxusu gəlmir"

"Şkafı açanda artıq Tunuşun qoxusu gəlmir""Artıq şkafı açanda Tunuşun qoxusu gəlmir, başqa bir qoxu gəlir... amma onun qoxusu hələ də burnumdadır..."

News24.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı sosial media hesabındakı paylaşımına yazıb.

O, fikirlərini belə davam etdirib: "Çox çətindir sevdiyin birini evindən kilometrlərcə uzağa aparıb, torpağa basdırıb, geri gəlmək. Heç nə olmamış kimi dünən üz-üzə söhbət etdiyin divanda tək oturmaq asan deyil. Amma bir evdə də saxlaya bilmirsən, çünki məcbursan torpağa təhvil verməyə və bu cür duyğular içərisində yaşamaq...

Artıq 1 il olacaq ki, tək yaşayıram. Çətin deyil, amma bezdiricidir. Bəzi insanlar var ki, 70 yaşı var, amma özünü 35 yaşında kimi hiss edirlər. Amma mənim 33 yaşım var, vallah, özümü daha qoca hiss edirəm!"