-
- 20-11-2023, 14:15
- 553
Röya mülklərindən DANIŞDI – VİDEO
"Bina evində mənzil aldım. Onu gözəl təmir etdim. Gecə ilə beynimə düşdü ki, həyət evi istəyirəm. Bina evində yaşamaq istəmədim. Sonra Şüvəlanda yaşamağa başladıq. Hesab edirəm ki, bu qərarım düzgün olub. Daha sonra Mərdəkana köçdüm. Kimin oğlu varsa, onun çoxlu işi (daşınmaz əmlak nəzərdə tutur - red.) olmalıdır".
News24.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu "Həmin Zaur" axşam şousunda mülkləri haqda danışarkən deyib.
Verilişin aparıcısı Zaur Kamal "Gərək, sənin helikopterin olmalıdır" sözlərini dilə gətirib.
Xalq artisti isə cavab olaraq "Lazım deyil, yerdə gəzirəm də... Mənim göydə nə işim var? Təyyarə də istəmirəm. Əgər təyyarəm olsa, bütün günü orada yatacağam. Yerdə gəzirəm də... Amma çox istərdim, gəmim olsun. Yelləməyini, amma istəmirəm" fikirlərini ifadə edib.