Aytacın anası intihara cəhd etdi - DETALLARI VƏKİLİ AÇIQLADI
    • 20-11-2023, 16:13
    • 278

Aytacın anası intihara cəhd etdi - DETALLARI VƏKİLİ AÇIQLADI

14 Yaşlı mərhum Aytac Şahmarovanın anası Yeganə Məhərrəmova həbsxanada intihara cəhd edib.

News24.az yerli mətbuata istinadla xəbər verir ki, bu barədə 36 yaşlı Yeganə Məhərrəmovanın vəkili Əli Bədirov məlumat verib.

Onun sözlərinə görə, orta yaşlı qadın özünə elektrik kabeli ilə öldürmək istəyib.

"Qızının qəbrini ziyarət edə bilmədiyinə görə, Yeganə Məhərrəmova həbsxanada özünü elektrik cərəyanı ilə vurmağa cəhd edib. Bunu cəzaçəkmə müəssisəsinin işçiləri görüb və ona müdaxilə ediblər, daha sonra isə onun qaldığı yerin elektrik xəttini kəsiblər. Hazırda o, televizora belə baxa bilmir, buna görə bəlli bir müddət məhdudiyyət tətbiq ediblər" , - deyə Əli Bədirov bildirib.

Hüquqşünas 17 noyabr tarixində Yeganə Məhərrəmovanın məhkəməsinin gerçəkləşdiyini bildirib və hakim Maya Şoşiaşvili rəhbərliyi ilə onun həbsdə qalıb-qalmayacağı müzakirə olunduğunu diqqətə çatdırıb.

"Xanım hakim Maya Şoşiaşvili məhkəmədə davam edən müzakirənin yekununda Yeganə Məhərrəmovanın 22 dekabr tarixinə qədər həbsdə qalmasını uyğun görüb. Əlavə edib ki, belə olması daha məqsədə uyğundur, çünki o, sərbəst buraxılsa istintaqın gedişatına maneə olar. Hakim iddia edib ki, guya Yeganə xanım cinayət törətməyi planlaşdırır" , - vəkil bildirib.

O qeyd edib ki, məhkəmədə Yeganə Məhərrəmovanın mərhum qızının qəbrini ziyarət etməsini tələb edilsə də, hakim buna icazə verməyib.

"Təəssüf ki, hakim Yeganə Məhərrəmovaya qızının qəbrini ziyarət etməsinə icazə vermədi. Növbəti məhkəmə 28 dekabra təyin olundu" , - deyən Əli Bədirov əlavə edib ki, hazırda müvəkkilinin günahını sübut edəcək dəlil yoxdur və buna görə də məhkəmə prosesi uzadılır.

Aynurə