-
- 21-11-2023, 10:32
- 221
"Qadınların köləliyə və istismara məruz qalması..." - İlham Əliyev
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikası hər zaman bəşəriyyət üçün aktual olan məsələlərə xüsusi diqqət ayırmış, xalqların üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması istiqamətində səmərəli iş aparmışdır. Bu xüsusda, qadın və kolonializm mövzularının bir araya gətirilməsi, dekolonizasiya prosesində qadınların rolunun gücləndirilməsi zamanın tələbidir. XXI əsrdə qadınların təəssüf ki, hələ də koloniyalarda köləliyə və istismara məruz qalması fundamental insan hüquqlarından məhrum olması deməkdir.
News24.az AZƏRTAC-a xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd olunub.
Azərbaycanın kolonializmin hələ də davam etməsindən, xüsusilə koloniyalarda qadın və uşaqların hüquqlarının kobud şəkildə pozulmasından narahat olmasının vurğulandığı müraciətdə bildirilib: “Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir”.