Milli Məclis ABŞ senatına cavab bəyənatı qəbul etdi

Milli Məclis ABŞ senatına cavab bəyənatı qəbul etdi
SİYASƏT

Baxış: 69 \ Tarix: 21-11-2023, 12:19

Mətn ölçüsü

Azərbaycan parlamenti ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edib.

News24.az xəbər verir ki, Ziyafət Əsəgərovun sədrlik etdiyi komissiyanın üzvləri Səməd Seyidov, Qüdrət Həsənquliyev, Tural Gəncəliyev, Tamam Cəfərova və Kamilə Əliyevadır.

Xatırladaq ki, noyabrın 16-da ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib. Qanun ABŞ Prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir. Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir. Qərar Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılırdı.

Qumral