11 villa, milyonluq avtomobil - Amerikaya köçən fenomendən açıqlama / VİDEO
    • 21-11-2023, 13:06
    • 156

11 villa, milyonluq avtomobil - Amerikaya köçən fenomendən açıqlama / VİDEO

Son illərdə əri və uşağı ilə Amerikada məskunlaşan Eylül Öztürklə bağlı “Takvim” diqqətçəkən iddialar səsləndirib. 

News24.az xəbər verir ki, sosial media fenomeni Eylül Öztürk Dilan Polatın çirkli pulların yuyulmasında ittiham edilərək həbs olunduqdan sonra diqqət mərkəzində olan adlardan biri oldu. Əri Barış Kenan Özkan və oğlu ilə Amerikada məskunlaşan Eylül Öztürkün Dilan Polatın həbsindən sonra ABŞ-dakı evlərinin sənədini keçmiş ev sahibinə verdiyini iddia edilib. Yenə “Takvim”in iddiasına görə Eylül Öztürkün ABŞ-da 11 evi, həyat yoldaşının isə Rolls-Royce markalı avtomobili var. 

“Show Haber”də də  Eylül Öztürklə bağlı müxtəlif iddialar  gündəmə gəlib.

Cütlük Amerikaya gedərkən 144 milyon TL götürdüyü iddia edilir.  Xəbərdən sonra aldıqları 11 mənzili qohumlarının adına keçirib.  

Eylül Öztürk iddialara sosial media səhifəsindən açıqlama yayıb.

Könül