Prezident xidmət rəisinə general-mayor rütbəsi VERDİ

Prezident xidmət rəisinə general-mayor rütbəsi VERDİ
SİYASƏT

Baxış: 165 \ Tarix: 21-11-2023, 13:08

Mətn ölçüsü

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

News24.az bildirir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.