XİN-dən dövlət sərhədində görüşlə bağlı Ermənistana ÇAĞIRIŞ
    • 21-11-2023, 16:46
    • 194

XİN-dən dövlət sərhədində görüşlə bağlı Ermənistana ÇAĞIRIŞ

Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı açıqlamasında qeyd olunub.

“Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik”, - məlumatda vurğulanıb.