“Ürəyinizi Qoruyun” adlı maarifləndirmə aksiyası keçirildi - FOTO
    • 21-11-2023, 17:16
    • 139

“Ürəyinizi Qoruyun” adlı maarifləndirmə aksiyası keçirildi - FOTO

Noyabrın 21-də Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən Azərbaycan Tibb Universitetində “Urəyinizi Qoruyun” layihəsi çərçivəsində maarifləndirmə aksiyası keçirilib.

News24.az bildirir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə açılış nitqi ilə çıxış edən ETKi-nin elmi katibi, t.ü.f.d. Təranə Cavadova iştirakçıları salamlayaraq müasir dövrdə sağlam həyat tərzinin təbliği və ürək xəstəliklərinin artması baxımından layihənin əhəmiyyətindən danışıb.

Tədbirdə “Ürəyinizi qoruyun” adlı layihə çərçivəsində ürək-damar xəstəliklərinə qarşı mübarizə aparmaq məqsədilə tələbələr üçün sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunma haqqında video-çarxlar nümayiş olunub, maarifləndirici bukletlər paylanılıb, böyük elmi işçi Mahir Bağırov və t.ü.f.d. Rafiq Yusifli “Sağlam genofonda addım ataq” mövsuzunda çıxış ediblər.

Qeyd edək ki, aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi) dəvət edilib, onlara ürək-damar xəstəliklərinin əsas risk amilləri barədə məlumat verilib.

Tədbir tələbələrin böyük marağına səbəb olub.