Nihal Candan balayından həbsxanaya… - VİDEO
    • 21-11-2023, 17:30
    • 121

Nihal Candan balayından həbsxanaya… - VİDEO

Dəb proqramları ilə tanınan və sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkən Nihal Candan və Bahar Candan bacıları “Cinayət təşkilatına üzv olma” ittihamı ilə bir müddət əvvəl saxlanılıb. 

News24.az xəbər verir ki, fenomen bacılardan Nihal haqqında maraqlı fakt ortaya çıxıb. 

Show TV-nin xəbərinə görə, Nihal Candan 4 ay əvvəl heç kimin xəbəri olmadan ailə həyatı qurub. İyulun 28-də iş adamı Mehmet Faruk Çiçəklə evlənən Nihal Candanın toy görüntüləri də ortaya çıxıb. Cütlüyün toy şahidləri Nihal Candanın valideynləri olub.

Nihal Candanın saxlanıldığı gecə evdə olan Mehmet Faruk Çiçək əməliyyatlardan sonra sərbəst buraxılıb. Saxlanma və həbs prosesində ərinin Nihal Candanın yanında olmaması diqqət çəkib