Azadə Səmədinin ölkədən çıxışına qadağa qoyuldu

Azadə Səmədinin ölkədən çıxışına qadağa qoyuldu
ŞOU-BİZNES

Baxış: 121 \ Tarix: 21-11-2023, 19:50

Mətn ölçüsü

İranda məşhur aktrisa Azadə Səmədinin ölkədən çıxışına qadağa qoyulub.

News24.az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilir ki, aktrisanın Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanında pasportu əlindən alınıb və ona ölkədən çıxmasına icazə verilməyib.

Buna səbəb isə onun həmkarının dəfn mərasimində hicaba riayət etməməsinə görə barəsində iş açılması olub.

Azadə Səmədi Hindistanda Goa ştatında keçirilən 54-cü Hindistan Beynəlxalq Film Festivalına yollanmaq niyyətində olub.