"Qərbin "Allahlığı" faciələrə səbəb olur" - Səfirdən sərt AÇIQLAMA

"Qərbin "Allahlığı" faciələrə səbəb olur" - Səfirdən sərt AÇIQLAMA
SİYASƏT

Baxış: 68 \ Tarix: 21-11-2023, 17:59

Mətn ölçüsü

“Qərbin özünü Allahın yerinə qoymaq cəhdi son nəticədə Ukrayna və Rusiya xalqlarının indi yaşadığı faciəyə gətirib çıxardı. Bu, hamımız üçün çox ciddi dərs və xəbərdarlıq olmalıdır".

News24.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Sputnik Ermənistan radiosunun “Abovyan Time” proqramında bildirib.

Səfir qeyd edib ki, ABŞ-nin müstəmləkəçilik təfəkkürü aradan qalxmayıb, sadəcə olaraq formasını dəyişib.

“Uzun müddət əvvəl elan edilmiş bu prinsiplər hələ də gözəl ritorika adı altında fəaliyyət göstərir. Baxmayaraq ki, bu ritorika getdikcə daha aydın olur. Biz bunu Cənubi Qafqaza münasibətdə görürük. Amerika nümayəndələri birbaşa Rusiya və İrana qarşı mübarizə kontekstində öz siyasətini müəyyənləşdirirlər. Ukraynada baş verənlər çox qəddar dərsdir”. 

Diplomat hesab edir ki, Ukraynada baş verənlərin dərsi ondan ibarətdir ki, Qərbin sınaqdan keçirdiyi sosial mühəndislik ölkənin reallıqlarına, mədəniyyətinə və xalqının kimliyinə zidd gedirsə, o zaman qəddar hesablaşma baş verir.

Dünyada baş verən hadisələr göstərir ki, bu yanaşma öz faydasını ötüb, çünki o, bəşəriyyətin varlığı üçün təhlükəyə çevrilir. 

“Yer üzündə getdikcə daha çox insana aydın olur ki, hazırkı dünya nizamını qorumaq mümkün deyil, bu, çox təhlükəlidir. 

Dünyanın müxtəlif regionlarında vəziyyət partlayır. Biz artıq üçüncü dünya müharibəsi təhlükəsi barədə ciddi şəkildə danışmağa başlayırıq, bəziləri isə bunun artıq başladığını deyir. Bunu təhrik edən Rusiya deyil, Qərbin ardıcıl siyasəti bu vəziyyətə gətirib çıxarıb”, - Kopırkin vurğulayıb.

Ayşən