Reklam xatirinə yalandan infarkt xəbəri yayıb? — Nazənindən İDDİA
    • 21-11-2023, 22:30
    • 445

Reklam xatirinə yalandan infarkt xəbəri yayıb? — Nazənindən İDDİA

Müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevin infarkt keçirdiyini açıqlayıb. 

News24.az axşam.az-a istinadla xəbər verir ki, müğənni Nazənin qalmaqal yaşadığı cütlüyün yalan danışdığını iddia edib. O, "Xəbərin var?" verilişində qonaq olarkən Təranə və Musa haqda bunları söyləyib:

"Reklam, efir xatirinə nə gəldi uydururlar: biri infrakt olur. And olsun Allaha belə şey yoxdur. Baş ağarıb, insanları bu cür şeylə aldatmaq olmaz".

Qeyd edək ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı.