Gənc ifaçıların beynəlxalq klassik və folklor musiqi müsabiqəsi keçiriləcək
    • 4-04-2019, 15:57
    • 995

Gənc ifaçıların beynəlxalq klassik və folklor musiqi müsabiqəsi keçiriləcək

2-8 aprel tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, MDB iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС), Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə Gənc ifaçıların «WORLD HARMONY» Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinə start verilib.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, gənc ifaçıların «WORLD HARMONY» Beynəlxalq klassik və folklor musiqi müsabiqəsi instrumental solo – fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri, vokal – (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri  nominasiyaları üzrə təşkil edilib.

Yarışmaya beş yaş qrupu üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən  346 nəfər solo ifaçı (Almaniya – 1, Belorus – 5, Gürcüstan – 5, Qazaxıstan – 47, Özbəkistan – 4, Rusiya – 20, Ukrayna – 4, Macarıctan – 2, Litva – 2, Azərbaycan – 256 nəfər) və 6 xor, 2 rəqs kollektivi, 19 qarışıq tərkibli ansambl  qatılıb. Təşkilat komitəsi tərəfindən Qran Pri mükafatçılarına 300 (üç yüz), I dərcəli diplom alan iştirakçılara isə 200 (iki yüz) manat məbləğində mükafat ayrılıb. 
    
Aprelin 3-də saat 10:00-da müsabiqənin açılışı Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Böyük zalında baş tutacaq. Açılışdan sonra müsabiqə öz işinə başlayır, bütün nominasiyalar üzrə yaş qrupları arasında  I turun dinləyişləri keçiriləcək. Aprel ayının  3 - 5 tarixlərində birinci  tur,  aprel ayının 5-6 tarixlərində isə  ikinci  tur dinləyişlərinin keçirilməsi nəzərdə tutulub.

 Aprelin 4-də saat 19:00-da M. Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasında  Sankt-Peterburq  Musiqi Liseyinin Ümumrusiya və Beynəlxalq müsabiqə laureatları olan  müəllim və şagirdlərinin iştirakı ilə konsert keçiriləcək.

Aprelin 7-də saat 14:00-da  M. Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasında  «WORLD HARMONY» Beynəlxalq klassik və folklor musiqi müsabiqəsi qaliblərin qala-konserti ilə yekunlaşacaq. 5 nəfər Qran Pri və 22 nəfər I dərəcəli diploma layiq görülən laureatlara mükafatlar və hədiyyələr  təqdim ediləcək, mükafatlandırma mərasimindən sonra seçilmiş ən yaxşı ifaçıların iştirakı ilə konsert təqdim ediləcək.
Müsabiqənin münsiflər heyəti  Azərbaycan daxil olmaqla  Belarus, Fransa, Gürcüstan, İsrail, Qazaxıstan, Litva, Macarıstan, Monako, Rusiya, Özbəkistan  kimi ölkələrdən   dəvət olunmuş 19 nəfər mütəxəssislərdən təşkil edilib:
 
Fortepiano  ixtisası üzrə:
Vitaliy Romanov  –  Sankt-Peterburq
Ravşan Abdunazarov  –  Daşkənd
Nərminə  Quliyeva  –  Bakı
Tsitsino Biçikaşvili  –  Tbilisi
 
Simli alətlər üzrə :
Veliçka İotçeva (violonçel) – Monako
Nəzmiyyə Abbaszadə (violonçel) – ( Bakı)
Andrea Şuster (violin)  –  Budapeşt
 
Vokal ixtisası üzrə:
Devidas Staponkus – Vilnüs
Rolands Aidukas – Vilnüs
Fidan Hacıyeva – Bakı
Aybəniz Haşımova – Bakı
 
Nəfəs və zərb alətləri üzrə:
Aleksandr Vengerov – (qoboy) İsrail
Nikolay Ageyev – (klarnet) Moskva
Olqa Şlegel (valtorna) – Pavlodar
Yusif Axundzadə  (fleyta) – Bakı
 
Xalq çalğı alətləri üzrə:
Mariya Kuçinskaya (tsimbalı)  – Minsk
Serik Sızdıkov (kobız  prima) – Pavlodar
Adıgözəl Əliyev (kamança) ) – Bakı
Elxan Mansurov (tar) – Bakı
 
Müsabiqə çərcivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 03-06 aprel tarixlərində Bakı şəhər Uşaq Musiqi və İncəsənət məktəblərində Sankt-Peterbuq musiqi liseyinin aparıcı müəllimləri tərəfindən keçiriləcək ustad dərslərinin cədvəli:
 Məktəbin adı Tarix, saatİxtisas, müəllim
1M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbi  05.04.2019
saat 13:00 -15:00
Voronin Dmitri İqoreviç- gitara
 
2M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbi  06.04.2019
saat 13:00 -15:00
Voronin Dmitri İqoreviç- gitara
 
3L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbi  05.04.2019
saat 14:00 -16:00
Lobikov Kiril Yakovleviç - trombon
 
4L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbi  06.04.2019
saat 14:00 -16:00
Lobikov Kiril Yakovleviç - trombon
 
5L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbi  05.04.2019
saat 11:00 -13:00
İrina Mixaylovskaya - qoboy ixtisası üzrə aparıcı mütəxəssis,
Rusiya Federasiyasının əməkdar artisti, şöbə müdiri
6L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbi  06.04.2019
saat 11:00 -13:00
İrina Mixaylovskaya - qoboy ixtisası üzrə aparıcı mütəxəssis,
Rusiya Federasiyasının əməkdar artisti, şöbə müdiri
7L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbi  05.04.2019
saat 14:00 -16:00
Lobikova İrina İqorevna - fortepiano
 
8L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbi  06.04.2019
saat 14:00 -16:00
Lobikova İrina İqorevna - fortepiano
 
9G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbi  05.04.2019
saat 15:00 -17:00
Polozova Marina Qriqoryevna -fortepiano
10G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbi  06.04.2019
saat 15:00 -17:00
Polozova Marina Qriqoryevna -fortepiano
11Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi03.04.2019
Saat 13:00 – 15:00
Romanov Vitali Vladimiroviç - fortepiano