-
- 28-07-2018, 13:57
- 2 016
Həyatının 40 ilini kimsəsiz adada keçirən qadın - FOTO
67 yaşlı Zoi Lukas adlı qadın həyatının 40 ilini Kanadanın kimsəsiz adalarından birində keçirib.
Sözügedən ada ilin 127 günü dumanlı olur. Adada təxminən 400 at, 300 minə yaxın suiti və 350-ə yaxın növdə quş var. Özünü təbiət alimi adlandıran Zoi burada yaşadığı müddətdə vəhşi at skeletləri üzərində araşdırma aparır və sahilin təmizliyinin qorunub saxlanılması ilə məşğul olur. O, burada beynəlxalq park rəsmilərinin tikdiyi taxta bir evdə yaşayır. Həftədə bir dəfə hökumət tərəfindən ona lazım olan ləvazimatlar vertolyot vasitəsilə adaya gətirilir.
Zoi müsahibəsi zamanı ada həyatına çox qısa zamanda uyğunlaşdığını və özünü yalnız hiss etmədiyini bildirib. Həyatda qalmaq üçün ən vacib əşyalarından birinin qeyd dəftərçəsi olduğunu söyləyən 67 yaşlı qadın hər gün müvafiq qeydlər etdiyini və durbini vasitəsilə vəhşi təbiəti izlədiyini deyib. Arabir dostları da ona baş çəkir və layihələrində köməklik göstərirlər.
Bütün həyatını bu adaya həsr edən Zoi "Sable adasının vəhşi atları" adlı kitab da nəşr etdirib.
Kanadanın kimsəsiz adasına 1974-cü ildə, 21 yaşında olarkən gələn bu qadın onu buraya atlara olan marağının gətirdiyini söyləyib.
Qeyd edək ki, sözügedən heyvanların adaya XVIII əsrin əvvəllərində yük daşınması məqsədi ilə gətirildikləri güman edilir. Ada 2013-cü ildə milli park elan edilib.
// Qaynarinfo