![Adil Kərimlidən yeni təyinat](/uploads/posts/2023-11/1671708726_319985143_891456215546898_3308193675270989563_n-1.webp)
-
- 22-11-2023, 14:31
- 212
Adil Kərimlidən yeni təyinat
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsinə yeni təyinat olub.
News24.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Şirin Yaşar qızı Məlikova muzeyin direktoru təyin edilib.
Qeyd edək ki, Ş.Məlikova 1978-ci il noyabrın 4-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sənətşünaslıq fakültəsindən məzun olub. 1999–2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistraturada oxuyub. 2007-ci ildə "Azərbaycan XIV–XVIII əsrlər bədii parça və tikmələri" mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2008–2019-cu illərdə ADMİU-da və ADRA-da pedaqoji fəaliyyət göstərib. 2016-cı ildən son təyinatadək Azərbaycan Milli Xalça Muzeyinin direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, Azərbaycan Milli İncəsənət Muzeyinin sabiq direktoru Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev yaşla əlaqədar təqaüdə çıxıb.
![](/uploads/posts/2023-11/1700648454_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg.webp)