Baş nazir NATO-nun baş katibi ola bilər
    • 22-11-2023, 18:10
    • 193

Baş nazir NATO-nun baş katibi ola bilər

Hollandiyanın baş naziri Mark Rutte NATO-ya rəhbərlik etmək üçün favorit kimi ortaya çıxıb.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, o, gələn il Yens Stoltenberqin istefasından sonra Estoniyanın baş naziri Kaia Kallas da daxil olmaqla digər namizədləri geridə qoyub.

56 yaşlı Rutte artıq bir çox müttəfiqlərin güclü dəstəyinə malikdir.

O, seçkilərdən sonra yeni kabinet formalaşdıqdan sonra siyasətdən getəcəyini deyib.

ABŞ-ın rəsmi dəstəyi Ruttenin NATO-ya rəhbərlik etməyə növbəti namizəd kimi mövqeyini gücləndirəcək.

Mənbələrdən biri bildirib ki, Rutte ABŞ-dan başqa, bağlı qapılar arxasında yaxşı münasibətlər saxladığı Macarıstan və Türkiyə kimi ölkələrin də dəstəyini alacaq. Hollandiyanın Ukraynanın Rusiya işğalını dəf etmək səylərinə güclü dəstəyini nəzərə alsaq, şərq cinahdakı müttəfiqlər də Rutteni dəstəkləyə bilər. Ruttenin rəhbərliyi altında Hollandiya Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərib və F-16 döyüş təyyarələrində ukraynalı pilotların təliminə rəhbərlik edib.