“Dalan” sevişmə səhnəsi ilə diqqət çəkdi – FOTO - VİDEO
    • 4-04-2019, 19:01
    • 7 062

“Dalan” sevişmə səhnəsi ilə diqqət çəkdi – FOTO - VİDEO

Ötən gün Nizami Kino Mərkəzində “Dalan” filminin təqdimat mərasimi keçirilib.

News24.az xəbər verir ki, Ziya Ağa, Sevinc Əliyeva, Oktay Mehtiyev, Manaf Dadaşov, Rasim Cəfər, Münəvvər Əliyevanın çəkildiyi ekran işinə maraq olduqca böyük olub.

Ekran işi Sevinc Əliyeva və Ziya Ağanın ehtiraslı yataq səhnəsi  ilə diqqət çəkib. Dram janrında olan filmin təqdimat mərasiminə tanınmış simalar da qatılıb.

Filmdəki hadisələr bir-biri ilə tanış olan iki fərqli ailə ətrafında cərəyan edir. O ailələr ki, ər-arvad arasında problemlər mövcuddur. Bu fərdlər kənardan xoşbəxt görünsələr də, qadına qarşı göstərilən diqqətsizlik, yalan, xəyanət və bunların fonunda baş tutan gizli sevgi filmin qəhrəmanlarını “Dalan”a gətirib çıxarır.