-
- 23-11-2023, 17:24
- 208
Son dəqiqə: dövlət çevrilişinə cəhd edənlər saxlanıldı
Almaniya polisi ölkədə dövlət çevrilişi planları ilə bağlı 8 federal ştatda axtarışlar aparır və 20 nəfərə qarşı ittiham irəli sürülüb.
News24.az xəbər verir ki, bu barədə “Blid” məlumat yayıb.
Münhen Baş Prokurorluğunun rəhbərliyi ilə Bavariya, eləcə də Hamburq, Baden-Vürtemberq, Hessen, Brandenburq, Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya və Şlezviq-Holşteyn ştatlarında axtarışlar aparılıb.
Münhen Baş Prokurorluğu və Yuxarı Bavariya Polis Departamentinin məlumatına görə, təqsirləndirilən şəxslər (“Reyx vətəndaşları” sağ ekstremist hərəkatının üzvləri) təhdid və şantaj yolu ilə sosial şəbəkələr və mobil rabitə vasitəsi ilə dövlət məmurları öz qərarlarına qeyri-qanuni təsir göstərmək məqsədilə əlaqə yaratmağa cəhd ediblər.
“Onların əsas məqsədi Almaniya Federativ Respublikasında, eləcə də onun dövlət qurumlarında sabitliyi pozmaq olub”, - Baş Prokurorluq bildirib.
Ötən ilin sonunda Almaniya Baş Prokurorluğu respublikada hakimiyyəti ələ keçirmək üçün sui-qəsddə iştirak etməkdə şübhəli bilinən 20-dən çox şəxsi həbs edib.