-
- 23-11-2023, 21:19
- 1 056
SON DƏQİQƏ!!! Türkiyədə güclü ZƏLZƏLƏ oldu
Türkiyənin şərqindəki Malatya vilayətində 5,2 maqnitudalı zəlzələ baş verib.
News24.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Zəlzələnin fəsadları barədə hələlik məlumat yoxdur. Zəlzələ yerli vaxtla saat 17:46-da qeydə alınıb. Zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib ki, yeraltı təkanların episentri təxminən 441 min nəfər əhalisi olan Malatya şəhərindən 30 km cənub-şərqdə yerləşib.
Zəlzələ Türkiyənin şərqində bir çox bölgədə hiss olunub.