-
- 24-11-2023, 10:35
- 340
"YAŞADAQ. Ümid qanadları" adlı layihə TƏQDİM OLUNDU - FOTO
Beynəlxalq Muğam Mərkəzində "YAŞADAQ. Ümid qanadları" adlı layihənin təqdimat mərasimi keçirilib.
News24.az bizim.media-ya istinadla xəbər verir ki, layihə ölkəmizdə qız uşaqlarına ögey münasibətə, selektiv abortlara həsr olunub.
Layihənin müəllifləri Mədəniyyət xadimi, dizayner, yazıçı Səbinə Zülalova və peşəkar biznes məşqçi, kələğayı kolleksiyaçısı Zümrüd Rüstəmovadır.
Tədbirdə mədəniyyət adamları, Milli Məclisin üzvləri və yazıçılar iştirak ediblər.
İştirakçılara fotosərgi ilə yanaşı sözügedən mövzuya həsr olunmuş video təqdim olunub.
Videoda milli kələğayı qızların simvolu seçilib, qız uşaqlarının həm də milli kimliyimizin daşıyıcısı olduğu fikri önə çəkilib.