Ötən gün yol qəzasında 2 nəfər ölüb
    • 5-04-2019, 10:18
    • 587

Ötən gün yol qəzasında 2 nəfər ölüb

2019-cu il aprel ayının 4-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılıb.  

Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.