Meyxanaçı taksi sürdüyü günlərdən DANIŞDI: - "Qalxırdı evə..." - VİDEO

Meyxanaçı taksi sürdüyü günlərdən DANIŞDI: - "Qalxırdı evə..." - VİDEO Şou

Pandemiya dövründə taksi sürücülüyü ilə məşğul olan meyxanaçı Samirə Yusifqızı həmin günlərdən danışıb.

News24.az yenisabah.az-a istinadla xəbər verir ki, , ifaçı “Xəzər axşamı” proqramında xatirələrini bölüşüb:

“Pandemiya dövründə taksi sürücülüyü edirdim. Təbii ki, o dövrdə maskada olurduq, lakin səsimi çıxaran kimi insanlar məni tanıyırdı. Xalqımıza qurban olum, əsasən də xanımlara, mənə nə qədər hörmət edirdilər ki. Bəzən elə olurdu ki, gediş haqqına əlavəsi ilə verib deyirdilər, Samirə xanım, 5 dəqiqə gözləyin, gəlirəm. Qalxırdı evə, bir də görürdüm əlində çanta, mənə sovqat gətirib, çantanın içinə də 20-50 manat atıb.

Hətta qazi aparmışam, evə çatana yaxın zəng vurub arvadına ki, qapını aç, qonağımız var. İkiqat pulu verib, hətta bala qədər mənə pay qoyub.

Düzdür, qəpik verib düşənlər də olub, amma heç nə deməmişəm, Allah canlarını sağ eləsin, insandır, ola bilsin, imkanı olmayıb. Hər kəsi öpürəm, bağrıma basıram”