Tarkanın izdihamlı Bakı konserti
    • 26-11-2023, 00:12
    • 255

Tarkanın izdihamlı Bakı konserti

Türkiyənin meqastarı Tarkan 8 il sonra Kristal Hall səhnəsində çıxış edib. 

News24.az bildirir ki, iki saat səhnədə qalan müğənni həm retro, həm yeni mahnılarını ifa edib. 20 min nəfərin qatıldığı konsert proqramında ifaçı tez-tez Bakını sevdiyini dilə gətirib. 

İzdihamlı gecə tamaşaçıların alqışları ilə sona çatıb. Tarkan səhnəni tərk etdikdən sonra insanların “Bir daha” çağırışlarına geri dönüb və “Aşk gitti bizden” mahnısını ifa edib.

Könül