Bakıda bu binada hər an faciə təhlükəsi - VİDEO
    • 26-11-2023, 11:56
    • 202

Bakıda bu binada hər an faciə təhlükəsi - VİDEO

Burada hər an faciə yaşana bilər.

Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsi 19 ünvanında yerləşən doqquzmərtəbəli bina qəzalı vəziyyətdədir.

News24.az Xəzər TV-yə istinadən bildirir ki, binanın fasadı uçmaq üzrədir. Burada hər an faciə yaşana bilər.

Binanın sonuncu mərtəbəsində yerləşən mənzillərin eyvanlarının alt hissəsi deformasiyaya uğrayıb.

Ev sahibi Zülfiyə Kərimova deyir ki, mövcud təhlükəyə görə çox narahatdır.

Bina sakinləri də təşviş içərisindədirlər. Bildirirlər ki, aidiyyəti üzrə müraciət etsələr də, nəticəsi yoxdur.

Binanın dam örtüyü yararsız halda olduğundan, ən üst mərtəbələrəki evlərə su sızır. Çəkiliş etdiyimiz mənzilin tavanından da bunu aydın görmək olur.

Məsələ ilə bağlı 82 saylı Mənzil İstismar İdarəsinin rəisi Rəşad Eldarzadə ilə əlaqə saxladıq. O bildirdi ki, problemlərdən məlumatlıdırlar. Binanın fasadının təmir edilməsi onların səlahiyyətləri daxilində deyil. Bununla belə, Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verilib. ''Bina təmir planına salınıb'', -deyə o əlavə edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: