-
- 26-11-2023, 16:53
- 288
BMT baş katibi çağırış etdi: Buna son qoyun!
Antarktidada səfərdə olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş gələn həftə Birləşmiş Ərəb Əmirliklərində qurumun İqlim Sammitində (COP28) iştirak edəcək ölkələrin liderlərinə qlobal temperaturun artımını 1,5 dərəcə selsiyədək məhdudlaşdırmaq, insanları iqlim xaosundan müdafiə etmək və yer altından çıxarılan yanacaq epoxasına son qoymaq üçün tədbirlər görməyə çağırıb.
News24.az axar.az-a istinadən bildirir ki, bu barədə BMT-nin saytında qeyd olunub.
"Antarktidanı yatmış nəhəng adlandırırlar, lakin indi iqlim böhranı ilə əlaqədar o, ayıla bilər. Antarktidada baş verənlər Antarktidada qalmayacaq. Yüz mil uzaqda baş verənlər buraya bilavasitə öz təsirini göstərir", - Quterreş bildirib.
Onun sözlərinə görə, Qrenlandiyanın buz lövhəsi də sürətlə əriyərək, ildə 250 giqatondan çox buz itirir:
"Biz əsrin sonunadək temperaturun 3 dərəcə selsi artımına doğru hərəkət edirik. Bu, Qərbi-Antarktik buz lövhəsinin təxminən yarısının itkisi və dəniz səviyyəsinin 5 metrədək qalxması deməkdir. Çünki buz günəş şüalarını əks etdirir, onun itməsi ilə atmosfer tərəfindən daha çox isti udulur və nəticədə bütün dünyada qasırğaların, daşqınların, yanğınların və quraqlıqların şiddətlənməsi baş verir".