Azərbaycanda hərbçi instagrama görə bacısının BAŞINI KƏSDİ - YENİLƏNDİ
    • 27-11-2023, 10:08
    • 1 174

Azərbaycanda hərbçi instagrama görə bacısının BAŞINI KƏSDİ - YENİLƏNDİ

Prokurorluq Gəncədə qardaşın bacısını qətlə yetirməsi barədə məlumat yayıb.

Gəncə şəhər prokurorluğundan News24.az-a verilən məlumata görə, noyabrın 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdizadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

-----

06:55

Gəncədə qətl hadisəsi baş verib.

News24.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Belə ki, qardaş bıçaqla bacısını qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib. O, instaqramdan istifadə etdiyi üçün bacısının boğazını kəsərək qətlə yetirib.

Qeyd edək ki, Əli Allagverdizadə hərbçidir.