Prezident bu rayonlara yeni icra başçısı - Təyin etdi
    • 5-04-2019, 14:46
    • 1 814

Prezident bu rayonlara yeni icra başçısı - Təyin etdi

Prezident İlham Əliyev Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. News24.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının digər Sərəncamına əsasən Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy rayon İcra Hakmiyyəti başçısı vəzifəsindən azad edilib. 
Həmin vəzifəyə Prezidentin müvafiq Sərəncamı ilə Məhərrəm Böyükağa oğlu Quliyev Goranboy rayon İcra Hakmiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Asif Həbib oğlu Hüseynov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin imzaladığı digər sərəncama əsasən, Novruz Nəcəf oğlu Novruzov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.