Şəhid anasının EVİNƏ BASQIN: İl mərasiminə yığılan pulu apardılar
    • 27-11-2023, 17:14
    • 319

Şəhid anasının EVİNƏ BASQIN: İl mərasiminə yığılan pulu apardılar

Neftçalada şəhid anasının evinə basqın olub.

News24.az Lent.az-a istinadla xəbər verir ki, noyabr ayının 26-dan 27-nə keçən gecə Neftçala şəhidi Telman Kəlbiyevin 72 yaşlı anası Dilşad Kəlbiyevanın evinə maskalı şəxslər basqın edib. Onlar şəhid anasını bıçaqla hədələyərək evdən 800 AZN pulu götürərək qaçıblar. Şəhid anası həmin pulları oğlunun il mərasimi üçün saxlayıbmış.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a bildirilib ki, qeyd edilən soyğunçuluq faktı ilə bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi açılıb. Əməli törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.