NATO Rusiya ilə müharibə riski barədə xəbərdarlıq etdi:
    • 28-11-2023, 11:21
    • 175

NATO Rusiya ilə müharibə riski barədə xəbərdarlıq etdi: "Qarşısını almalıyıq"

“NATO-nun əsas vəzifələrindən biri Ukraynada münaqişənin gərginləşməsinin qarşısını almaqdır”.

News24.az “TASS”a istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“NATO-nun Ukraynaya qarşı təcavüzlə bağlı iki əsas problemi var: Biri Ukraynaya dəstək verməkdir və biz bunu müharibənin əvvəlindən edirik, bir çox NATO ölkələri hələ tammiqyaslı işğal başlamamışdan əvvəl Ukraynaya yardım edib. Digər əsas vəzifə münaqişənin Rusiya ilə NATO arasında genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır, çünki bu, daha böyük iztirablara, ölümlərə və dağıntılara səbəb olacaq”, - deyə o vurğulayıb.

Ayşən