Azərbaycanda gələn il minimum əməkhaqqı artırılacaq?
    • 28-11-2023, 19:37
    • 2 702

Azərbaycanda gələn il minimum əməkhaqqı artırılacaq?

2023-cü ilin yanvarından etibarən Azərbaycanda minimum əməkhaqqı 345 manat olub. Parlamentdə keçirilən büdcə müzakirələri zamanı minimum əməkhaqqının gələn il dəyişməyəcəyi proqnozlaşdırılıb. Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində qeyd olunub ki, minimum əməkhaqqı dəyişməyəcək.

Ancaq minimum əməkhaqqının artırılması prezidentin sərəncamı ilə müəyyən edildiyi üçün bəzi ekspertlər 345 manatın artırıla biləcəyini düşünür. Bunun isə əsasən minimum pensiyanın artırılması, inflyasiya ilə əlaqəli olduğu deyilir.

Gələn il minimum əməkhaqqı artırıla bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azərbaycan dövlət büdcəsinin sosialyönümlü olduğunu vurğulayıb:

“Hər il xərclərin tərkibində sosial sahəyə ayrılan vəsaitlər prioritetlilik təşkil edir. 2024-ci ilin büdcəsi də sosial xərclər baxımından əhəmiyyətli maliyyə sənədidir. Gələn il büdcədə sosialyönlümlü xərclərin çəkisi 47 faizə yaxın olacaq. Eləcə də büdcədə sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 542 milyon manat olacaq. Bu da 2023-cü illə müqayisədə 5,2 faiz çoxdur. Eləcə də Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi 6 milyard 919,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,4 % və ya 690 milyon manat çoxdur. Bu isə o deməkdir ki, sosial təminatla bağlı xərclərin məbləği təxminən 700 milyon manat artırılacaq ki, bu da bir çox sosial sahələrdə əlavə artımların maliyyə təminatı üçün əsas mənbə olacaq.Pensiya, təqaüd və müavinətlərin, ünvanlı sosial yardımların, digər sosial xarakterli ödənişlərin 10 faiz artacağı gözlənilir”.