Bakıda şərab evinin satıcısı bıçaqlandı

Bakıda şərab evinin satıcısı bıçaqlandı Kriminal

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.

Şərab evində satıcı işləyən 2004-cü il təvəllüdlü Cümşüd Duman oğlu Hacıyev müştəri ilə mübahisə edib. Mübahisə zamanı satıcı C.Hacıyev bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparırlar.