Müğənni Hadisə doğmalarıyla əlaqəni niyə kəsdi? – Səbəb...
    • 28-07-2018, 16:39
    • 1 158

Müğənni Hadisə doğmalarıyla əlaqəni niyə kəsdi? – Səbəb...

Ötən günlərdə məşhur müğənni Hadisənin anasının intihara cəhd etməsi xəbəri mediada səs-küyə səbəb olmuşdu. Hətta, bu xəbərin yalan olduğunu deyənlər də var idi. 

News24.az xəbər verir ki, müğənninin anası Gülnihal Açıkgöz “Mənimlə maraqlanmırlar” deyib intihara cəhd edib. Hadisə isə, mediaya anasının “ərzaqdan zəhərləndiyini” xəbər vermişdi. 


Dünən stilist Nur Yeşiltaşın canlı efirdə “Hadisənin anası intihar etmək istəyib” deməsi aləmi bir – birinə vurub. Hadisə, onun şəxsi həyatına müdaxilə etdiyi üçün Nur Yeşiltaşa əsəbləşib.


Analarının belə bir addım atması evdə də bacılar arasında qalmaqala səbəb olub. Bu söz –söhbətdən sonra Hadisə menecerlik edən böyük bacısı Hülya Açıkqöz və stilisti, kiçik bacısı Derya Açıkgözlə də əlaqələrini tamamən kəsib. 


Elvin Nüsrətoğlu