-
- 29-11-2023, 13:33
- 486
"İlk sevgilim ofisiant olub" - Müğənni Hadisə
Hər zaman şəxsi həyatı ilə bağlı danışmaqdan çəkinən Hadisə səssizliyini pozub.
Müğənni Hadisə Açıkgöz və iş adamı Mehmet Dinçerler təxminən bir il eşq yaşadıqdan sonra 2022-ci ilin martında nişanlanıb və iki ay sonra Çırağan Sarayında təşkil edilən sadə mərasimlə həyatlarını birləşdiriblər. Sakitcə evlənən cütlüyün xoşbəxtliyi uzun sürməyib. Ayrılıq qərarı ilə günlərlə gündəmdən düşməyən məşhur cütlük 1 oktyabr 2022-ci ildə tək seansda 5 aylıq evliliklərini bitirib.
News24.az xəbər verir ki, uzun müddətdir eşq həyatından bir söz deməyən məşhur müğənni Hadisə “YouTube”da qatıldığı proqramda qaydaları pozub.
Özünü təsvir edən məşhur müğənni hətta ilk sevgisindən də danışıb. O bildirib ki, aşiq olmağı çox sevir:
"Mən sevgini və aşiq olmağı sevirəm. İçimdə kəpənəklər uçur. Amma sevgi artıq mənim üçün 7/24 deyil. İlk sevgilim "Backstreet Boys"dan Nik Karter olub. Biz uşaq olanda "playback" və xoreoqrafiya ilə məşğul olurduq. İlk baxışdan sevgiyə inanıram. O zaman mənim 17 yaşım var idi və həmin ofisiant rəqs dərnəyində işləyirdi. Gördüm və ona vuruldum. Sonra 6 il birlikdə olduq", - deyə müğənni bildirib.
Nəzrin