-
- 30-11-2023, 10:52
- 193
Zahid oruc Qərbə ÇAĞIRIŞ ETDİ
"Biz 75-ci ildönümünü qeyd edən bütün dövlətlərdən soruşuruq ki, Azərbaycanın hüquqları pozulan minlərlə insanının səsini eşitmisinizmi?"
R TV xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Vətən müharibəsi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə ən böyük töhfədir: "Suveren ölkədə insanların dinc və təhlükəsiz şəkildə yaşaması dövlət tərəfindən təmin edilir. XXI əsrdə insan hüquqları yalnız hüquq və insan məsələsi deyil. 1948-ci ili, yəni deklarasiyanın qəbul edilməsini unutmaq olmaz. Son 75 ildə dünya siyasi xəritəsi köklü dəyişikliyə uğrayıb. İndi dünya birliyi bəyannamənin ildönümündə onun yaranma səbəbini unudur. Bu gün Avropanın bir hissəsində Rusiya-Ukrayna müharibəsi, eləcə də Yaxın Şərqdəki müharibələr bəyannamənin əsas şərtlərinin görməzdən gəlindiyini göstərir. Qərbin öz dəyərlərini necə ayaq altına ataraq sömürgənlik etdiyini hamı görür. Biz 75-ci ildönümünü qeyd edən bütün dövlətlərdən soruşuruq ki, Azərbaycanın hüquqları pozulan minlərlə insanının səsini eşitmisinizmi? Əgər eşitmisinizsə, haradadır dəstək bəyanatlarınız? Bəlkə, köçkünlərin qayıdış hüququ 907-ci məsələdir?! "Human Rights Watch" mina terrorundan xəbəri olmadığını deyir, elədirsə, Azərbaycanla bağlı cədvəli necə qəbul edirlər? Qələbəmiz istənilən beynəlxalq indeksdən yuxarıda dayanır".
Aslan Nadiroğlu