"Azərbaycanla Ermənistan arasında qarşılıqlı anlaşma ola bilər" - AB
    • 30-11-2023, 12:24
    • 109

"Azərbaycanla Ermənistan arasında qarşılıqlı anlaşma ola bilər" - AB

Avropa Birliyi regionda sülh və sabitliyə sadiqdir, bu prosesə əhəmiyyətli, yüksək səviyyəli siyasi kapital yatırırıq. Ümid edirik ki, bu və digər məsələlərlə bağlı yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında qarşılıqlı anlaşma əldə oluna bilər”.

News24.az xəbər verir ki, bunu Avropa Birliyinin Ermənistandakı səfiri Vasilis Maraqos erməni mətbuatına müsahibəsi zamanı bildirib.

Maraqosun sözlərinə görə, AB və birliyin Ermənistandakı mülki missiyası İrəvan və Bakı ilə təmaslar vasitəsilə sərhəddəki durumdan xəbərdardır:“Bu məsələlərin Ermənistan, daha geniş mənada, regionda sülh və sabitlik üçün əhəmiyyətini anlayırıq, bu da bizim əsas məqsədimizdir. Avropa Birliyi dəfələrlə tərəfləri yerdəki gərginliyi və mümkün eskalasiyanı azaltmaq üçün güc tətbiq edilməməsinə zəmanət verməyə və qüvvələr arasında məsafə saxlamağa çağırıb. Həmçinin demarkasiya komissiyasının iclasları və münasibətlərdəki problemlərin daha geniş həlli prosesləri çərçivəsində bütün məsələlərin sülh yolu ilə həllinə çağırmışıq. Ümid edirik ki, bu və digər məsələlərlə bağlı yaxın gələcəkdə, o cümlədən Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası komissiyalarının bu günə təyin edilmiş növbəti iclasında müəyyən qarşılıqlı anlaşma əldə oluna bilər”.

Ayşən