Azərbaycan və Ermənistan delimitasiya üzrə komissiyanın Əsasnaməsini hazırlayacaqlar
    • 30-11-2023, 15:18
    • 123

Azərbaycan və Ermənistan delimitasiya üzrə komissiyanın Əsasnaməsini hazırlayacaqlar

Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının beşinci görüşünə dair Azərbaycan XİN-in mətbuat məlumatında bildirilib.

Qeyd olunub ki, tərəflər həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər.

Qeyd edək ki, noyabrın 30-da iki ölkənin baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə arasında sərhəddə görüş keçiriblər.