SON DƏQİQƏ!!! “AbzasMedia”nın daha bir əməkdaşı SAXLANILDI
    • 30-11-2023, 17:05
    • 387

SON DƏQİQƏ!!! “AbzasMedia”nın daha bir əməkdaşı SAXLANILDI

“AbzasMedia” xəbər portalının əməkdaşı Nərgiz Absalamova saxlanılıb.

News24.az Gununsesi.info-ya istinadla xəbər verir ki, bu gün BŞBPİ-nə yenidən dindirilməк üçün çağırılan jurnalist Nərgiz Absalamova saxlanılıb.

O, “AbzasMedia”nın işində həbs olunanlarla bərabər qaçaqmalçılıqda ittiham edilir.

Qeyd edək ki, Ü.Həsənli və S.Vaqifqızı Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Onların evində və saytın ofisində axtarış keçirilib. Axtarış zamanı ofisdən 40 min avro pul aşkar edilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.