-
- 30-11-2023, 18:31
- 155
İsrail Madriddəki səfirini geri çağırdı
İsrail baş nazir Sançesin Qəzza ilə bağlı dediklərinə görə İspaniyadakı səfirini geri çağırıb.
News24.az xəbər verir ki, bu barədə məlumat Koenin "X" sosial şəbəkəsindəki səhifəsində yer alıb.
İsrailin xarici işlər naziri Eli Koen bildirib ki, Yaxın Şərq ölkəsi İspaniyanın baş naziri Pedro Sançesin Qəzza zolağı ilə bağlı açıqlamalarına görə öz səfirini Madriddən geri çağırıb.
“Mən İsrailin İspaniyadakı səfirinə zəng etdim və ona məsləhətləşmələr üçün Qüdsə qayıtmasını dedim ”, - diplomat bildirib.
Koenin sözlərinə görə, Sançes İsrailə qarşı “əsassız” ittihamları təkrarlamaqda davam edir.
Nəzrin