TƏCİLİ! Poliqonda PARTLAYIŞ: - 12 hərbçi öldü

TƏCİLİ! Poliqonda PARTLAYIŞ: - 12 hərbçi öldü Hadisə

Rostov vilayətindəki Kuzminski hərbi poliqonunda partlayış baş verib. 

News24.az Lent.az-a istinadən bildirir ki, 12 dəniz piyadası həlak olub. Faktla bağlı İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.

Ölənlər Primorsk diyarından olan hərbçilərdir. Bu məlumatı üç mənbə (hüquq-mühafizə orqanlarında, orduda və istintaq orqanlarında) təsdiqləyib.

İlkin səbəb kimi silah-sursat bloklarının yanında  tonqal yandırılan zamanı yanğın təhlükəsizlik tədbirlərinə əməl olunmaması göstərilir. Bildirilib ki, RPG-7 qumbaraatan mərmisi tonqala tərəf yuvarlanıb və partlayıb. Nəticədə 8 nəfər yerindəcə ölüb, daha səkkiz nəfər yaralanıb. Ağır yaralanan 4 əsgər xəstəxanada dünyasını dəyişib.