"Reket" cinayət başında HƏBS EDİLDİ
    • 1-12-2023, 10:22
    • 182

"Reket" cinayət başında HƏBS EDİLDİ

Bakı şəhər sakini olan bir nəfərdən hədə-qorxu gəlməklə 1000 manat pulunun alınması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ə.Əhmədov noyabrın 27-də yenidən həmin şəxsdən 9000 manat pulu alarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.