"Azərbaycanda gender bərabərsizliyi öz həllini tapıb" - Jalə Əhmədova

"Azərbaycanda gender bərabərsizliyi öz həllini tapıb" - Jalə Əhmədova Sosial

"Düşünürəm ki, Azərbaycanda gender bərabərsizliyi öz həllini tapıb".

News24.az xəbər verir ki, bunu “Liatris Holding”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə  Heydər Əliyevin 100 illiyinə həsr edilən “Qadına şiddətə son” layihəsi çərçivəsində “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə millət vəkili Jalə Əhmədova deyib.

Onun sözlərinə görə, hazırda cəmiyyətdə - sosial şəbəkələrdə, təhsil müəssisələrində, hətta iş yerlərimizdə də  aqresiya müşahidə edirik. 

Jalə Əhmədova vurğulayıb ki, narkomaniya təkcə bir cəmiyyətin deyil, dünyanın problemidir:

"Bu təkcə hüquq mühafizə orqanlarının mübarizəsi deyil, hər bir fərdin mübarizəsi olmalıdır. Nəyimə lazımdır? Niyə müdaxilə edim? "Başqasının ailəsidir" yanaşması ilə yanaşsaq heç vaxt bu problemlərlə mübarizə apara bilməyəcəyik. Doğrudur, müdaxilə edəndə aqressiya ilə qarşılaşırıq. Ancaq bu problemlə cəmiyyət olaraq mübarizə aparmalıyıq. Hər birimiz düşünməliyik ki, bizim yaxınlarımız da buna məruz qala bilər. Düşünməliyik ki, biz bununla necə mübarizə aparaq? Daha nə edək? Etdiklərimiz yetərlidirmi? Mən arzu edərdim ki, heç bir ailədə neqativlərlə qarşılaşmayaq ".

Qumral