-
- 2-12-2023, 13:23
- 2 796
Təranə Qumralın qızından ŞOK AÇIQLAMA: "Həyat yoldaşım bacımın..."
Müğənni Təranə Qumralın qızı Fidan efirdə çıxıb.
News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, “Günaydın, Azərbaycan!” səhər verilişində qonaq olan sənətçinin qızı ailəsindən söz açıb.
Fidan bildirib ki, bacısı Sevgimi dərsə apararkən həyat yoldaşı ilə məktəbdə tanış olub:
“Bacım Sevgimi birinci sinifə məktəbə aparırdım. Hazırda Sevgim 11-ci sinifdə oxuyur. Həyat yoldaşım bacımın təhsil aldığı məktəbdə müəllim işləyir. Biz bir-birimizi elə məktəbdə görmüşük. Tanış olduq, sevdik, türklərin bir sözü var “yıldırım aşkı” oldu. Artıq 10 ildir ki, ailəliyəm.
Müğənninin qızı vurğulayıb ki, qayınanası onun “sağ əlidir”:
“Mən qayınanam, qayınatam və baldızlarımla bir evdə yaşayıram. Hamımız birlikdə yaşayırıq. Mənim üçün həyat yoldaşımın valideynləri ilə yaşamaq çox gözəldir. Başqaları haqda isə bunu deyə bilmərəm.
Qayınanam mənim sağ əlimdir. Mən qayınanamla rəfiqəyəm. Həyat yoldaşım Bakının Buzovna kəndindəndir. Yenicə həyat yoldaşımın evinə gəlin gələndə mətbəxə girirdim ki, nəsə bişirim o anda qayınanam gəlib söyləyirdi ki, mən hələ qocalmamışam ki, sən bura girəsən.
Qayınanamdan çox razıyam. Təki bütün qayınanalar belə mehriban olsun. Bütün ailələrdə söz-söhbət olur. Birdə görürsən ki, həyat yoldaşımla sözümüz çəp düşən kimi, qayınanam az qalır ki, həyat yoldaşımı, yəni oğlunu “öldürsün”.
Fidanın bu tərif dolu sözlərinə isə qayınanası belə cavab verib:
“Fidanın üzü-gözü necə gözəldirsə, daxili də gözəldir. Oğlum Fidanı görüb, sevib. Özləri bir-birinə sevib ailə qurublar. Fidan mənə gəlinim yox, qızım qədər yaxındır. Fidanla ana-bala kimiyik”.