-
- 3-12-2023, 11:52
- 712
BÖYÜK TƏHLÜKƏ YAXINLAŞIR: BİR HƏFTƏ ƏRZİNDƏ DƏHŞƏTLİ QASIRĞA... - XƏBƏRDARLIQ
30 noyabrdan başlayan və Azərbaycnada da olacağına dair xəbərdarlıq edilən maqnit qasırğası gələn həftə də davam edəcək.
News24.az Ekologiya.az-a istinadla xəbər verir ki, “Fobos” hava mərkəzinin aparıcı əməkdaşı Mixail Leus cümə günü başlayan güclü maqnit qasırğasının gələn şənbə gününün ikinci yarısında dayanacağını proqnozlaşdırıb.
Onun sözlərinə görə, güclü G3 səviyyəsinə çatan maqnit qasırğası hələ də davam edir: “Lakin yaxın gələcəkdə geomaqnit sahəsinin pozulmasının tədricən zəifləməsi gözlənilir”.
Eyni zamanda, gələn həftə Yerin maqnitosferində aktivliyin daha bir artımı və yeni maqnit qasırğaları proqnozlaşdırılır. Sinoptik öz “Telegram” kanalında qeyd edib ki, o, gələn bazar ertəsi və çərşənbə axşamı qeyd olunacaq, aşağı intensivliyə malik olacaq
Leus maqnit qasırğaları zamanı hava şəraitindən asılı insanların özlərini pis hiss edə biləcəyi barədə xəbərdarlıq edərək, onlara mümkün qədər dincəlməyi və təmiz havada gəzməyi tövsiyə edib.