Bu rayonda yeni yaşayış binaları tikiləcək
    • 4-12-2023, 10:28
    • 213

Bu rayonda yeni yaşayış binaları tikiləcək

Bərdə rayonunda yeni yaşayış binaları inşa ediləcək.

News24.az İqtisadiyyat.az-a istinadla bildirir ki, yaşayış binalarının tikintisi şəhərin Heydər Əliyev prospektində reallaşacaq.

İki nədəd 30 mənzilli 6 mərtəbəli yaşayış binalarının inşaat işlərini "Litosfer" şirkəti həyata keçirəcək.

Binaların sifarişçisi isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətidir.

Nazirlik binaların inşasına görə sözügedən şirkətə 4,5 milyon manat ödəniş edəcək.

Qeyd edək ki, Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti fövqəladə halların qarşısını alınması və nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsi və büdcədənkənar vəsaitlər üzrə sifarişçi funksiyalarını yerinə yetirən dövlət orqanıdır.