Məşhur prodüserin həyat yoldaşı vəfat etdi - FOTO
    • 4-12-2023, 22:12
    • 528

Məşhur prodüserin həyat yoldaşı vəfat etdi - FOTO

Məşhur türkiyəli prodüser Ahmet Ertegünün həyat yoldaşı Mika Ertegün 97 yaşında dünyasını dəyişib.

News24.az Kulis.az-a istinadla xəbər verir ki, Ertegün ABŞ-dəki evində vəfat edib.

O, bir neçə il İsveçrə, Paris və Kanadada yaşayıb.

1960-cı ildə Ahmet Ertügünlə evləndikdən sonra Nyu Yorka köçüb. MAC II adlı interyer dizayn firmasını qurub.

Ertegünün dizaynları dünyaca məşhur memarlıq jurnallarında yer alıb.