Avtobus ağaca çırpıldı: - 14 ÖLÜ
Hadisə
Tailandın cənubunda sərnişin avtobusunun ağaca çırpılması nəticəsində azı 14 nəfər ölüb, 35 nəfər yaralanıb.
News24.az lent.az-a istinadən bildirir ki, bu barədə "Menecer Daily" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Banqkokdan təxminən 300 kilometr cənubda, Praçuap Khiri Xan əyalətində avtobus sürücüsü idarəetməni itirərək ağaca çırpılıb. Qəza dekabrın 5-də yerli vaxtla təxminən 01:00-da baş verib.