-
- 5-12-2023, 13:32
- 209
Xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilir
Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilir.
News24.az APA-ya istinadla xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.
Nazirlər əvvəlcə məhdud tərkibdə görüşüblər. Daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş olub.
Qeyd edək ki, Rusiyanın XİN başçısı Sergey Lavrovun sədrliyi keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu, Türkmənistanın XİN başçısı Rəşid Meredov iştirak edirlər.
Tərəflər Xəzəryanı əməkdaşlığın inkişafına yönəlmiş qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.