-
- 5-12-2023, 13:34
- 603
Fazil Mustafa hərbçilərlə bağlı qanun layihəsinə ETİRAZ ETDİ
"Azərbaycanda hərbçi olmaq istəyənlər iki kateqoriyaya ayrılır. Bir qismi könüllü olaraq bu peşəyə üz tutur, digərləri isə maaş almaq, düzənli sosial təminat üçün gedirlər. Yəni bu şəxslər könüllü olaraq yox, maddi təminatlarını yüksəltmək üçün hərbçi olurlar."
News24.az xəbər verir ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, xidmət müdddətinin artırılması 25 il Bakıda şad-xürrəm qulluq edən hərbçi üçün problem yaranmasa da, cəbhə bölgəsindəki həbrçilər ciddi problemlər yaranır:
"Bu, həm də elə bir sahədir ki, insan burada psixoloji və fizikin olaraq tez sıradan çıxır. Ona görə də xidmət müddətinin 20 ildən 25 ilə qaldırılması əsaslı şəkildə izah edilməli və ictimaiyyətə açıqlama verilməldir".
Qumral Əliyeva