8 Noyabr prospektində avtomobil piyadanı öldürdü - VİDEO
    • 5-12-2023, 15:34
    • 179

8 Noyabr prospektində avtomobil piyadanı öldürdü - VİDEO

Bu gün günorta saatlarında Xətai rayonu, 8 Noyabr prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, yaxınlıqda, yolun hər iki tərəfində yerüstü piyada keçidi olmasına baxmayaraq yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurub. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının qeydə aldığı görüntülərdən məlum olur ki, bir çox piyadalar bu yolda olan yerüstü piyada keçidlərindən istifadə etməyib həyatlarını təhlükəyə atırlar.